Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Aktual > Ukrayna gizli danışıqları ələ keçirdi: Ruslar Budanovu...

Ukrayna gizli danışıqları ələ keçirdi: Ruslar Budanovu...


28-12-2020, 22:07. Yazar: Xeberaz



Ukrayna xüsusi xidmət orqanları Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının gizli danışıqlarını ələ keçirib.
 "Xeberaz.Az" xəbər verir ki, danışıqların məğzi FTX-nin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov barəsində məlumat toplaması ilə bağlı olub.
Belə ki, Ukraynanın işğal edilmiş Donetsk və Simferopol (Krım) şəhərlərində olan Rusiya vətəndaşları Budanov barəsində kompromat axtarışını müzakirə ediblər.
Əldə olunan məlumatlar FTX-nin diversiya üzrə ixtisaslaşmış idarəsinə göndərilməli idi.
Bundan əlavə, digər söhbətlərdə rusiyalılar Budanov haqqında məlumatları artıq FTX-yə göndərdiklərini bildirirlər.
Budanov haqqında kompromat toplayan həmin rusiyalılar isə Ukrayna Təhlükəsizlik Şurasının Krım üzrə keçmiş nümayəndəsi Aleksandr Sklyanko və Nikolay Çernıxdır. Bu şəxslər sonradan Rusiya tərəfinə keçib.




Geri dön