Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / İqtisadiyyat / Gündəm / Qarabağdan xəbər var > Qarabağ veteranlarının müavinəti artırılsın - Təklif

Qarabağ veteranlarının müavinəti artırılsın - Təklif


28-12-2020, 13:04. Yazar: Xeberaz



Milli Məclisin bu gün keçirilən plenar iclasında Qarabağ müharibəsi veteranlarına verilən müavinətin artırılması təklif edilib.
 "Xeberaz.Az" xəbər verir ki, bu təkliflə parlamentin regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxış edib.
Komitə sədri deyib ki, bir müddət bundan əvvəl Prezidentin sərəncamı ilə Qarabağ müharibəsi veteranlarına verilən müavinət 50 manatdan 80 manata qaldırılmışdı: “Hesab edirəm ki, bu məbləğ artırılaraq 150-180 manat olmalıdır”.
Deputat yaşayış Fazil Mustafa isə minimumunun artırılması təklifi ilə çıxış edib.
“Dövlət əhaliyə yaşayış minimumu həddində yardım edir. İndiyədək bu, 190 manat idi. İndi yaşayış minimumu 196 manat olacaq. Təklif edirəm ki, yaşayış minimumuna uyğun bu yardımın da məbləği artırılmalıdır”, - deputat deyib
Geri dön