Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Qarabağdan xəbər var > Paşinyan əleyhdarları yenidən parlamentin önünə toplaşdılar

Paşinyan əleyhdarları yenidən parlamentin önünə toplaşdılar


28-12-2020, 10:52. Yazar: Xeberaz
Paşinyan əleyhdarları yenidən parlamentin önünətoplaşdılar

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını istəyən etirazçılar yenidən  qanunverici orqanın binası önünə toplaşıblar.
"Xeberaz.Az" Ermənistan KİV-ə istinadən xəbər verir ki, aksiyaçılar bu dəfə Paşinyan istefa verənə qədər etiraza davam edəcəklərini bəyan ediblər. Əraziyə polis qüvvələrinin cəlb olunduğu bildirilir.
Qeyd edək ki, bu gün saat 11:00-da Ermənistan parlamentinin növbədənkənar toplantısı keçiriləcək. Paşinyan tərəfdarlarını təhqir edən müxalif deputat Naira Zohrabyanın işinə baxılması nəzərdə tutulub.
Geri dön