Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / M2 / Həftə-Reytinq > Azərbaycanda bu həftə 5 günlük tətil başlayır

Azərbaycanda bu həftə 5 günlük tətil başlayır


28-12-2020, 10:48. Yazar: Xeberaz
Azərbaycanda bu həftə5 günlük tətil başlayır

Bu həftə Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 5 günlük tətil başlayır.
"Xeberaz.Az"-ın  xəbərinə görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramıdır.
Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən yanvarın 4-ü də istirahət günüdür. Həmçinin yanvarın 3-ü isə bazar günüdür.
Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar olaraq Azərbaycanda 5 gün - 2020-ci ilin dekabrın 31-i, 2021-ci ilin yanvarın 1-i, 2-si, 3-ü və 4-ü qeyri-iş günləridir.
Geri dön