Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Səhiyyə / Foto-fakt > Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - 38 nəfər vəfat etdi

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - 38 nəfər vəfat etdi


26-12-2020, 16:44. Yazar: Xeberaz
Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı -38 nəfər vəfat etdi

Azərbaycanda koronavirus infeksiyasına 1 428 yeni yoluxma faktı qeydə alınıb, 4 255 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 38 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 213 192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 164 500 nəfər müalicə olunaraq sağalıb, 2 454 nəfər vəfat edib. Hazırda 46 238 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 507, bu günə qədər isə ümumilikdə 2 141 798 test icra olunub.


Geri dön