Ana Sayfa > Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Foto-fakt > Astarada çayxana işlədən şəxs və müştəriləri polis şöbəsinə gətirildi

Astarada çayxana işlədən şəxs və müştəriləri polis şöbəsinə gətirildi


21-12-2020, 13:08. Yazar: Xeberaz
Astarada karantin rejiminin tələblərini pozaraq fəaliyyət göstərən çay evi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının karantin rejim qaydalarının təmin olunması istiqamətində keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çay evi aşkar edilib.
Həmin obyekti icarə əsasında işlədən şəxs və 4 nəfər müştəri polis şöbəsinə dəvət olunublar. Həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.
Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.


Geri dön