Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Dünya / Səhiyyə / M2 > TƏBİB-dən testlərlə bağlı AÇIQLAMA
TƏBİB-dən testlərlə bağlı AÇIQLAMA13-12-2020, 14:37. Yazar: Xeberaz |
"Ekspress testlərdən bütün dünyada istifadə olunur. Lakin onların dəqiqliyi PZR testləri ilə müqayisədə zəifdir. Azərbaycan da bu testləri sınaqdan keçirib. Sınaq zamanı məlum olub ki, sözügedən testlər virus yükü aşağı olan, yeni yoluxmuş və ya sağalma dönəmində olanlarda neqativ çıxır. Kəskin qızdırmalı aktiv xəstələrdə isə nəticə pozitiv ola bilər". "Xeberaz.Az" xəbər verir ki, bu haqda TƏBİB-in yaydığı məlumatda deyilir. Məlumat üçün bildirək ki, ümumilikdə hər hansı dərman vasitəsinin və bu cür testlərin ölkəmizə gətirilməsi Tibbi Ərazi Bölmələrini İdarətetmə Birliyinin (TƏBİB) səlahiyətində deyil", - açıqlamada qeyd olunur. Geri dön |