Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Aktual > Qarabağdakı atəşkəs pozuntusuna Rusiyadan reaksiya

Qarabağdakı atəşkəs pozuntusuna Rusiyadan reaksiya


12-12-2020, 22:41. Yazar: Xeberaz



Rusiya sülhməramlıları Hadrutdakı atışmadan sonra Qarabağda münaqişə tərəflərinə atəşkəsə riayət olunması üçün müraciət edib.
 "Xeberaz.Az" TASS-a istinadla xəbər verir ki, bunu rusiyalı sülhməramlı qüvvələrin qərargahının nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.
“Hadrut rayonunda avtomat silahlardan atışma qeydə alınıb. Birbaşa kanallar vasitəsilə operativ şəkildə tərəflərdən atəşkəsə riayət olunması tələb olundu”, - sülhməramlıların nümayəndəsi bildirib.
Rusiya MN-dən isə qeyd edilib ki, bu, 10 noyabrdan bəri atəşkəsin ilk dəfə pozulmasıdır və artıq vəziyyət stabilləşib.


Geri dön