Ana Sayfa > Bütün xəbərlər / Karusel / Hadisə / Səhiyyə / Foto-fakt > Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - 43 nəfər vəfat etdi

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - 43 nəfər vəfat etdi


12-12-2020, 17:14. Yazar: Xeberaz
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4268 yeni yoluxma faktı qeydə alınıb, 4085 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 171 423 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 107 635 nəfər müalicə olunaraq sağalıb, 1 883 nəfər vəfat edib, aktiv xəstə sayı 61 905 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 378, ötən müddət ərzində isə ümumilikdə 1 938 244 test aparılıb.
Geri dön