Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Araşdırma > “Bandotdel"dən ƏMƏLİYYAT: Sumqayıt sakini saxlanıldı
“Bandotdel"dən ƏMƏLİYYAT: Sumqayıt sakini saxlanıldı11-12-2020, 14:37. Yazar: Xeberaz |
Sumqayıt sakinindən odlu silah və patronlar götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini Ə.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan iki ədəd bıçaq aşkarlanıb. Ona məxsus “Niva” markalı avtomobilə baxış zamanı isə oradan “AK-74” markalı avtomat, patron sandığı və 27 ədəd patron aşkar edilərək götürülüb. Geri dön |