Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Foto-fakt > "Rəmiş" ləqəbli narkotacir tutuldu
"Rəmiş" ləqəbli narkotacir tutuldu5-12-2020, 15:08. Yazar: Xeberaz |
Bu barədə DİN-in Gəncə regional qrupundan məlumat verilib. Gəncə şəhər sakinləri - 31 yaşlı Tahir Əliyev və əvvəllər məhkum olunmuş 27 yaşlı Orxan Sadıqov saxlanılaraq ŞBPİ-yə gətirilib və onların üzərinə baxış keçirilən zaman O.Sadıqovun üzərindən ümumi çəkisi 1 qram, T.Əliyevin üzərindən isə 2 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Aparılan araşdırmalar zamanı həmi şəxslərə narkotik vasitə satan şəxsin əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü, "Rəmiş" ləqəbli Ramil Əliyev olduğu müəyyən edilib. Onun yaşadığı fərdi yaşayış evində keçirilən əməliyyat-axtarış zamanı üzərindən 15 ədəd kağız bükümlərdə, ümumi çəkisi 15 qram, evin dam örtüyünün altından isə ayrı-ayrı sellofan torbalarda və şüşə bankalarda qablaşdırlımış, ümumi çəkisi 4 kiloqram 025 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faklarla bağlı araşdırmalar davam etdirilir. Geri dön |