Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Həftə-Reytinq > Baş Nazirdən gələn ilin bayram günləri ilə bağlı QƏRAR
Baş Nazirdən gələn ilin bayram günləri ilə bağlı QƏRAR5-12-2020, 13:01. Yazar: Xeberaz |
Nazirlər Kabineti 2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında qərar verib. "Xeberaz.Az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 13, 14-ü Ramazan bayramı, iyulun 20, 21-i Qurban bayramı günləri müəyyən edilib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan günlər iş günü hesab edilmir. Geri dön |