Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / Reportaj > Taysonla Consun görüşü heç-heçə ilə başa çatdı

Taysonla Consun görüşü heç-heçə ilə başa çatdı


29-11-2020, 12:43. Yazar: Xeberaz
Taysonla Consun görüşü heç-heçə ilə başa çatdı

Dünya boksunun əfsanələri - Mayk Taysonla Roy Cons arasında nümunəvi xarakterli döyüş olub. 
“Xeberaz.Az” “TASS”a istinadən bildirir ki, keçmiş mütləq dünya çempionlarının döyüşü Los-Ancelesdə “Staples Center” arenasında baş tutub. Hər biri 2 dəqiqədən ibarət 8 raundluq qarşılaşma heç-heçə ilə yekunlaşıb.
Tayson döyüşdən 10 milyon dollar, Cons isə 3 milyon dollar qazanacaq. İdmançılar, həmçinin ödənişli yayımların satışından faiz alacaq.
Qeyd edək ki, Taysonun 54, Consun 51 yaşı var. Birincisi 2005-ci, ikincisi isə 2018-ci ildən sonra ilk dəfə rinqə çıxıb. 
 
Geri dön