Ana Sayfa > Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Dünya / Maraqlı / Foto-fakt > Elvis Preslinin 1 milyonluq üzüyü hərraca çıxarılacaq - FOTO

Elvis Preslinin 1 milyonluq üzüyü hərraca çıxarılacaq - FOTO


23-11-2020, 09:39. Yazar: Xeberaz


Rok-n-rollun kralı Elvis Presliyə məxsus ziynət əşyası hərracda nümayiş olunacaq.
"Xeberaz.Az" xarici KİV-ə istinadən xəbər verir ki, əfsanəvi müğənni Elvis Preslinin brilyant qaşlı üzüyü auksiona çıxarılacaq.
Ziynət əşyası Amerika Birləşmiş Ştatlarının GWS hərrac evində nümayiş olunacaq. Mütəxəssislər məşhurun üzüyünün 1 milyon dollara satılacağını ehtimal edirlər.
Ziynət əşyası Preslinin sifarişi ilə özü üçün hazırlanıb. Qiymətli üzük 18 əyyardır. Hərrac noyabrın 28-də baş tutacaq.
Qeyd edək ki, Elvis Presli sözügedən üzüyü 1975-ci ildə keçirilən konserti zamanı J.D. Summer adlı şəxsə hədiyyə edib.





Geri dön