Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Təhsil / Qarabağdan xəbər var > Ordumuzun qəhrəmanlıq salnaməsi dərsliklərə salınacaq

Ordumuzun qəhrəmanlıq salnaməsi dərsliklərə salınacaq


19-11-2020, 12:20. Yazar: Xeberaz
Ordumuzun qəhrəmanlıq salnaməsidərsliklərə salınacaq

Vətən Müharibəsi qalibiyyətlə yekunlaşıb. Bu şərəfli tarixin iştirakçısı olan on minlərlə insanımıza böyük sevgi borcumuz var. Şəhid olan cəngavərlərimizi, qazi olan qəhrəmanlarımızı böyük ehtiramla yaddaşlarımıza həkk edəcəyik. Şübhəsiz ki, təhsilimizin məzmununda bu həm forma, həm də ayrı-ayrı hekayələrlə öz əksini tapacaq.
"Xeberaz.Az"  xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, bununla bağlı Təhsil naziri ayrıca əmr imzalayıb.
"Bu əmrə əsasən, Vətən Müharibəsinin bütün qəhrəmanlıq salnaməsi ilə bağlı ayrı-ayrı məqamlar incəliklə araşdırılacaq və tədrisin məzmununda əks olunacaq. Bunun üçün təhsil mütəxəssisləri həmkar qurumlarla çalışır və Vətən Müharibəsinə dair ibrətamiz faktları toplayır, mövzular işlənərək həm dərsliklərimizdə, həm də tədrisin məzmununda yer tapacaq. Bu proses hələ yekunlaşmayıb, davam edir və yekunları ilə bağlı ictimaiyyətə vaxtaşırı məlumat veriləcək", - deyə nazirlik rəsmisi qeyd edib.
 


Geri dön