Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Aktual > Bakı ilə bağlı Nikola müraciət edən məşhur erməni cərimələndi

Bakı ilə bağlı Nikola müraciət edən məşhur erməni cərimələndi


14-11-2020, 10:52. Yazar: Xeberaz



Ermənistan polisi məşhur erməni hüquq müdafiəçisi Georgi Vanyanı Feysbukdakı paylaşımına görə cərimələyib.
 "Xeberaz.Az" xəbər verir ki, bu barədə Vanyan öz Feysbuk səhifəsində paylaşım edib. O, evinə gələn polislərin onu 700000 dram dəyərində cərimə etmək istədiklərini, amma o, paylaşımını silməzsə cərimənin 1000000 drama həcmində olacaqlarını dediklərini bildirib. Vanyan həmçinin onun evinə İcevan polisinin rəis müavininin də gəldiyini deyib.
Qeyd edək ki, Vanyan bundan öncə Paşinyana açıq məktub ünvanlayaraq, Ermənistanın yalandan qələbə görüntüsü yaratmaması gərəkdiyini bildirib. O, Azərbaycandan yaxşı heç kimin Ermənistanın müttəfiqi olmayacağını bildirmişdi.



Geri dön