Ana Sayfa > Bütün xəbərlər / Karusel / Siyasət / Dünya / Foto-fakt > "Qazandığımız qələbə Azərbaycan tarixində əbədi qalacaqdır”- Ağalar Vəliyev

"Qazandığımız qələbə Azərbaycan tarixində əbədi qalacaqdır”- Ağalar Vəliyev


12-11-2020, 11:13. Yazar: Xeberaz
"Qazandığımız  qələbə Azərbaycan tarixində əbədi qalacaqdır”-Ağalar Vəliyev
“Sentyabrın 27-dən  etibarən başlayan əks- hücum əməliyyatları  Azərbaycanın əsl hərbi  qüdrətini göstərdi, yüksək döyüş bacarığını nümayiş etdirdi. Silahlı Qüvvələrin Müzəffər Ail Baş Komandanının rəhbərliyi altında  rəşadətli ordumuz  cəmi 44 gün davam edən Vətən müharibəsi  ərzində erməni ordusu haqqında uydurulan  İllüziyaları  alt-üst etdi . Döyüşlərin ilk günlərindən etibarən Ermənistanın hərbi xuntası  ümid edirdi ki, hansısa dövlət  Azərbaycanı bu haqq işindən  dayandıracaq,  beynəlxalq birlik  ölkəmizə təzyiq edərək işğalçı dövləti xilas edəcək”.
Bu fikirləri  açıqlamasında bildirən Milli Məclisin deputatı Ağalar Vəliyev deyib ki, Azərbaycan Respublikasının  Prezidenti, Ali Baş Komandan  İlham Əliyev böyük siyasi  iradə nümayiş etdirərək Azərbaycanın qəti və dəyişməz mövqeyini ortaya qoydu, dövlətimizə  qarşı yönələn bütün beynəlxalq təzyiqlərə sinə gələrək ölkəmizin ərazi bütövlüyü təmin edilənə qədər ordumuzun döyüşləri davam etdirəcəyini qəti və əzmkar şəkildə bəyan etdi.
Geri dön