Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Qarabağdan xəbər var > İrəvana daha 8 təyyarə sülhməramlı gətirildi

İrəvana daha 8 təyyarə sülhməramlı gətirildi


11-11-2020, 21:12. Yazar: Xeberaz
İrəvana daha 8 təyyarə sülhməramlı gətirildi

Bu gün İrəvana Rusiyadan sülhməramlı hərbçiləri daşıyan daha 8 təyyarə gəlib.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirib.
Məlumata görə, “İl-76” və “Antonov-12” tipli təyyarələrlə 120-dən artıq hərbçi ilə yanaşı, zirehli daşıyıcılar, yolsuzluqda hərəkət edə bilən yük avtomobilləri, maddi texniki təchizat ləvazimatı da gətirilib. Bu yüklərin boşaldılmasına başlanılıb.
“Sülhməramlı vəzifələri yerinə yetirmək, mümkün insidentlərin qarşısını almaq, Rusiya hərbçilərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə birbaşa kanallarla mütəmadi əlaqələr təşkil olunub”, - açıqlamada qeyd olunub.
Geri dön