Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Qarabağdan xəbər var > Ərdoğan Mərkəzi Bankın başçısını istefaya göndərdi - FOTO

Ərdoğan Mərkəzi Bankın başçısını istefaya göndərdi - FOTO


7-11-2020, 08:04. Yazar: Xeberaz
Ərdoğan Mərkəzi Bankın başçısınıistefaya göndərdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli valyuta kursunun rekord dərəcədə aşağı düşməsi fonunda ölkənin Mərkəzi Bankının başçısı Murat Uysalı istefaya göndərib.
"Xeberaz.Az"ın məlumatına görə,  bu barədə “Resmi Gazete” xəbər verib.
“Respublikanın Mərkəzi Bankının başçısı Murat Uysal, qanunvericiliyə uyğun olaraq, tutduğu vəzifədən azad olunur”, - məlumatda deyilir.
Bu vəzifəyə Naci Ağbal təyin olunub. Daha əvvəl o, ölkə Prezidenti Administrasiyasında idarə rəhbəri, həmçinin maliyyə naziri (2015-2018-ci illərdə) vəzifələrində çalışıb.
Merkez Bankası Başkanı Murat Uysal'da dikkat çeken değişiklik - Tele1


Geri dön