Ana Sayfa > Bütün xəbərlər / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Foto-fakt / Həftə-Reytinq > Mayamidə “Karabakh is Azerbaijan” şüarı yazılmış lövhələr asılıb - FOTOLAR

Mayamidə “Karabakh is Azerbaijan” şüarı yazılmış lövhələr asılıb - FOTOLAR

5-11-2020, 12:40. Yazar: Xeberaz
Mayamidə “Karabakh is Azerbaijan” şüarı yazılmış lövhələr asılıb- FOTOLAR

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-da Florida ştatının Mayami şəhərinin mərkəzi yollarında Azərbaycan bayrağının və Qarabağ atlarının təsvir olunduğu, “Karabakh is Azerbaijan” şüarı yazılmış lövhələr quraşdırılıb. 
"Xeberaz.Az"  xəbər verir ki, Assosiasiyanın sədri Tövhə Eminova lövhələrin ermənilərin sıx yaşadığı ərazilərdə - “Fort Lauderdale” beynəlxalq hava limanının önündə və ABŞ-n digər ştatlarına gedən yolları birləşdirən mərkəzi hissədə quraşdırıldığını deyib. O Bildirib ki, bu yerlər təsadüfi seçilməyib, məqsəd odur ki, daha çox  inşan lövhələri və “Karabakh is Azerbaijan” şüarını görsün. Assosiasiya rəhbəri ənənənin ABŞ-ın digər ştatlarında da davam etdiriləcəyini bildirib. 

Tövhə Eminova, həmçinin əlavə edib ki, ABŞ-da yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq və terror siyasətinə qarşı bir yumruq kimi birləşib.
Qeyd edək ki, lövhələrin dizaynı ABŞ-da yaşayan həmyerlimiz Cəmilə Cavadovaya və Bakıda yaşayan dizayner Emin Rzayevə məxsusdur. 
  • Mayamidə “Karabakh is Azerbaijan” şüarı yazılmış lövhələr asılıb- FOTOLAR

Geri dön