Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Dünya / Həftə-Reytinq > Türkiyədə terror aktı törədilib

Türkiyədə terror aktı törədilib


26-10-2020, 23:48. Yazar: Xeberaz
Türkiyədə terror aktı törədilib

Türkiyənin Hatay vilayətində İsgenderun rayon mərkəzində terror aktı törədilib.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat yayıb.
Vali deyib ki, İsgenderunun mərkəzində Fener küçəsində yerli vaxtla 20.30-da iki terrorçudan biri öz üzərinə bağladığı partlayıcı ilə birgə partlayış törədib və o, zərərsizləşdirilib. Digər terrorçunun isə axtarışı davam edir.
Hadisə yerinə çox sayda təhlükəsizlik, səhiyyə, fövqəladə hallar və hüquq-mühafizə işçiləri cəlb edilib.
Vali partlayışda ölənlərin olmadığını bildirib. Yaralananlar barədə hələlik məlumat verilmir.
 
Geri dön