Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Qarabağdan xəbər var > "Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim?" - İlham Əliyev

"Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim?" - İlham Əliyev


25-10-2020, 12:13. Yazar: Xeberaz
"Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim?" -İlham Əliyev

"Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim?"
"Xeberaz.Az"   xəbər verir ki, bunu Prezident İlham Əliyev “Fox News” televiziya kanalına müsahibəsində jurnalistin "Siz bu böhranın diplomatik həllinin olduğuna inanırsınızmı?" sualına cavabında deyib.
Dövlət başçısı bildirib: "Bəli, inanıram. Əks halda mən 17 il ərzində danışıqlarda iştirak etməzdim. Siz deməyə çalışırsınız ki, müharibəni mən başlamışam. Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim. Azərbaycan Ordusu artıq azı 10 ildir ki, yaxşı hazırlaşıb. Ona görə də, diplomatik həll masa üzərindədir. Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri boşaltmalıdır. Azərbaycanlılar həmin ərazilərə qayıtmalıdırlar, sonra ermənilərlə sülh və ləyaqət şəraitində yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdir".
Geri dön