Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Qarabağdan xəbər var > Düşmən Tərtəri atəşə tutdu, yeniyetmə həlak oldu

Düşmən Tərtəri atəşə tutdu, yeniyetmə həlak oldu


24-10-2020, 11:24. Yazar: Xeberaz



Ermənistanın xüsusilə uşaqlara, mülki vətəndaşlara qarşı müharibəsi davam edir.
"Xeberaz.Az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Tvitter səhifəsində yazıb.
“Azərbaycanın Tərtər şəhərinə gələn “Smerç” raket hücumu nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan evlərinin bağçasında öldürülüb. Orxan xurma yığırdı, çünki indi mövsüm dövrüdür”, - o qeyd edib.
Geri dön