Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Həftə-Reytinq > Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşdü

Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşdü


21-10-2020, 15:28. Yazar: Xeberaz
Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşdü

Moskvada işçi səfərdə olan Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşüb.
"Xeberaz.Az" -ın  məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, oktyabrın 21-də keçirilən görüşdə Dağlıq Qarabağ münaqişə bölgəsində atəşkəsə dair əvvəl əldə olunmuş razılaşmaların yerinə yetirilməsi ilə bağlı təxirəsalınmaz məsələlər və nizamlanma üçün dayanıqlı şərtlərin yaradılması müzakirə olunub.
Qeyd edək ki, S. Lavrovla Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında da oktyabrın 20-də Moskvada analoji görüş keçirilib.


Geri dön