Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Dünya > Qəbələdə oğurluq edən şəxs saxlanıldı

Qəbələdə oğurluq edən şəxs saxlanıldı


17-10-2020, 10:45. Yazar: Xeberaz
Qəbələdə oğurluq edən şəxs saxlanıldı
Qəbələ Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən 2 fərdi yaşayış evindən ümumi dəyəri 2800 manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq edən Bakı şəhər sakini Ə.Məmmədyarov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.


Geri dön