Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / İdman / M2 > Azərbaycan yığması Monteneqroya uduzdu

Azərbaycan yığması Monteneqroya uduzdu


10-10-2020, 20:42. Yazar: Xeberaz
Azərbaycan yığması Monteneqroya uduzdu
Azərbaycan milli komandası növbəti oyununu keçirib.
"Xeberaz.Az" xəbər verir ki, Millətlər Liqasının C liqasının 1-ci qrupunda yer alan yığmamız Monteneqro ilə görüşüb.
Canni de Byazinin yetirmələri III turun oyununu səfərdə keçirib. I dövrənin son matçı Podqoritsa şəhər stadionunda baş tutub.
Görüş komandamız üçün uğursuz başlayıb. Meydan sahibləri erkən qolla hesabda önə keçib. Künc zərbəsindən sonra əhatəsində olduğu müdafiəçiləri üstələyən Stevan Yovetiç qarşılaşmada hesabı açıb.
Bunadək evdə Lüksemburqa uduzub (1:2), səfərdə Kipri məğlub edən (1:0) yığmamızın məğlubiyyətdən qaçmaq səyləri faydasız olub. Əvəzində Bəhlul Mustafazadənin kobud səhvindən sonra meydan sahibləri ikinci qola imza atıblar. Beləliklə, millimiz ikinci məğlubiyyətini 2 cavabsız qolla alıb.
Qrupun digər matçında Lüksemburq Kipri qəbul edib. Bu görüşdə də meydan sahibləri qələbə qazanıb – 2:0.
Qeyd edək ki, növbəti oyununa oktyabrın 13-də çıxacaq komandamız Kiprlə görüşəcək. Millimiz ev matçını Albaniyanın Elbasan şəhərində keçirəcək.
Geri dön