Ana Sayfa > Bütün xəbərlər / İqtisadiyyat / Gündəm / Hadisə / Foto-fakt > Badamdarda oğurlanan avtomobil Şəmkirdə tapıldı

Badamdarda oğurlanan avtomobil Şəmkirdə tapıldı


9-10-2020, 15:22. Yazar: Xeberaz
Badamdarda oğurlanan avtomobil Şəmkirdə tapıldı

Səbail RPİ-nin 41-ci Polis Bölməsinə oktyabrın 7-nə keçən gecə Badamdar qəsəbəsi ərazisindəki avtoyuma məntəqələrinin birindən qəsəbə sakini H.Həsənova məxsus “Toyota” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.
"Xeberaz.Az"  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağstafa rayon sakini E.Əliyev oktyabrın 8-də Şəmkir rayonu ərazisində avtomobillə birgə saxlanılıb.


Geri dön