Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya > Ermənilərin terrorçu mahiyyəti: Tiflisdə türkə hücum edildi

Ermənilərin terrorçu mahiyyəti: Tiflisdə türkə hücum edildi


4-10-2020, 15:07. Yazar: Xeberaz



Tiflisdəki “Ankara” türk restoranında R.M. adlı Ermənistan vətəndaşı Türkiyə və Yeni Zelandiya vətəndaşına hücum edərək, onları soyuq silahla yaralayıb. Bundan az sonra erməni yaxalanıb.
"Xeberaz.Az" xəbər verir ki, hazırda ona qarşı qəsdən adam öldürməyə cəhd maddəsi olə cinayət işinin başladıldığı və günahı sübuta yetirilərsə, 16 il həbs cəzasına məhkum ediləcəyi vurğulanıb.
Bu, türklərlə azərbaycanlılara qarşı ilk belə hücum deyil. Bundan öncə Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları da ermənilərdən ölüm təhdidləri alıb. Bununla əlaqədar Fransa Daxili İşlər Nazirliyinə müraciət edilib.
Azərbaycanın haqq mövqeyini müdafiə edən rusiyalı jurnalist Maksim Şevçenko da ona qarşı ermənilərin təhdidlərinin gücləndiyini bildirib.




Geri dön