Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Dünya / Qarabağdan xəbər var > Qarabağ separatçılarının rəhbəri yaralandı

Qarabağ separatçılarının rəhbəri yaralandı


3-10-2020, 19:45. Yazar: Xeberaz

Azərbaycanın işğal altında saxlanılan Qarabağ torpaqlarında yaradılan qondarma qurumun “rəhbəri” Araik Arutyunyanın “döyüşmək üçün” təmas xəttinə gəldiyi barədə məlumat yayılıb.

"Xeberaz.Az"  xəbər verir ki, Arutyunyanın bu addımla fərariliyin qarşısını almağa çalışdığı bildirilib. Qeyd olunur ki, Azərbaycan Ordusunun zərbələri artdıqca və irəlilədikcə, nəinki Ermənistandakı ermənilər Qarabağa ölmək üçün gəlmir, hətta Qarabağdakı ermənilər İrəvana qaçır. Buna görə də Araik Arutyunyan “hərbçilər arasında əhval-ruhiyyənin yüksəldilməsi üçün” cəbhəyə gedib. Amma Arutyunyanın cəbhəyə xüsusi təyinatlıların müşayiəti ilə gəldiyi bildirib. Qondarma rejimin lideri niyə məhz xüsusi təyinatlıların müşayiəti altında cəbhəyə yollandığını, hansı bölgədə “vuruşacağını” və separatçılara kimin başçı “təyin” edildiyini açıqlamayıb.
Görünən odur ki, Ermənistan rəhbərliyi artıq başını itirib. Arutyunyanı “döyüşə” göndərir, ancaq “dqr”in rəhbərliyinə “təyinatı” unudur. Və yaxud artıq təyinat üçün adam qalmayıb.
***
Ağdərədə separatçıların inzibati binası Azərbaycan Ordusunun əks-hücumu nəticəsində məhv edilib.
Bu barədə “Caliber Teleqram" kanalı öz mənbələrinə istinadla yaydığı xəbərdən məlum olur.
Qeyd olunub ki, Araik Arutyunyan və xüsusi xidmət orqanının rəhbəri Kamo Ağacanyan bir müddət binanın altındakı bunkerdə qalmalı olub.
Onun yaralandığı, şəxsi mühafizəçilərinin bir hissəsinin və Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinin bəzi üzvlərinin məhv edildiyi bildirilib.
Geri dön