Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Həftə-Reytinq > Gürcüstandan Ermənistan ərazisinə hərbi yüklərin daşınmasına QADAĞA

Gürcüstandan Ermənistan ərazisinə hərbi yüklərin daşınmasına QADAĞA


3-10-2020, 16:07. Yazar: Xeberaz
Gürcüstandan Ermənistan ərazisinə hərbi yüklərin daşınmasınaQADAĞA

Gürcüstan hökuməti Qarabağ ərazisində hərbi əməliyyatların yenidən başlaması səbəbindən Ermənistana və Azərbaycana hərbi əhəmiyyətli yüklərin daşınması ilə bağlı icazənin ləğv edilməsinə qərar verib.
"Xeberaz.Az"  xəbər verir ki, bu barədə Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Vaxtanq Qomelaurinin açıqlamasında bildirilir.
“Ermənistan və Azərbaycan arasındakı hərbi əməliyyatlar səbəbindən Gürcüstan hökuməti ərazisindən hərbi əhəmiyyətli yüklərin hər iki ölkə istiqamətində quru və hava yolları ilə daşınmasına icazə verilməsini müvəqqəti dayandırır.
Bu barədə artıq tərəflərə məlumat verilib”, - deyə Qomelauri bu gün keçirdiyi brifinqdə bildirib.
Geri dön