Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Qarabağdan xəbər var > Düşmən bu əraziləri atəşə tutur: ölən və yaralananlar var

Düşmən bu əraziləri atəşə tutur: ölən və yaralananlar var


2-10-2020, 10:39. Yazar: Xeberaz



Azərbaycan Müdafiə Nazriliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.
Nazirlikdən "Xeberaz.Az"-a verilən məlumata görə, mülki əhali arasında ölən və yaralananlar var.
Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.
Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək.
Geri dön