Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Qarabağdan xəbər var / Həftə-Reytinq > F-16 qırıcımızın vurulması barədə məlumat yalandır - Müdafiə Nazirliyi

F-16 qırıcımızın vurulması barədə məlumat yalandır - Müdafiə Nazirliyi


29-09-2020, 09:56. Yazar: Xeberaz
F-16 qırıcımızın vurulması barədə məlumat yalandır- Müdafiə Nazirliyi

“Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil”.
"Xeberaz.Az"-ın  məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı deyib.
O bildirib ki, Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.
".Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil".
Geri dön