Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya > Bu gün Rumıniyada yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək

Bu gün Rumıniyada yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək


27-09-2020, 10:11. Yazar: Xeberaz
Bu gün Rumıniyada yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək

Bu gün Rumıniyada yerli hakimiyyət orqanlarına - təxminən, 3.2 min bələdiyyə başçısı, 41 mahal şurası sədri 1.3 mindən çox qraflıq şurası üzvü və 40 min yerli şura üzvlüyünə seçkilər keçiriləcək.
"Xeberaz.Az" TASS-a istinadən xəbər verir ki, Rumıniya paytaxtının ümumi bələdiyyə başçısı vəzifəsini qazanmaq üçün 18 namizəd mübarizə aparır.  
Rumıniyanın keçmiş prezidenti Trayan Basesku və keçmiş Baş nazir Kelin Popesku-Teriçanu da paytaxt meri postu uğrunda mübarizəyə qatılıb. 
Qeyd edək ki, Buxarest Baş Şurasının üzvü postuna namizədlər arasında keçmiş Baş nazir Petre Roman da var.
Geri dön