Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya > Zəhəri qəsdən içib - Putindən Navalnıya İTTİHAM

Zəhəri qəsdən içib - Putindən Navalnıya İTTİHAM


23-09-2020, 00:21. Yazar: Xeberaz
Zəhəri qəsdən içib -Putindən Navalnıya İTTİHAM

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bloger Aleksey Navalnın zəhərlənməsi ilə bağlı öz versiyasını səsləndirib.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Putin qeyd edib ki,  Navalnı “Noviçok” qrupundan olan zəhəri özü qəsdən qəbul edib. Amma Makron Putinin bu versiyasını rədd edib.

Nəşr tərəflər arasında telefon danışığının sentyabrın 14-də Fransa tərəfinin təşəbbüsü ilə baş tutduğunu yazıb. Qəzetin yazdığına görə, Putin Navalnını narahatlıq yaradan insan kimi xarakterizə edib. Onun sözlərinə görə, blogerin yaratdığı korrupsiya ilə mübarizə fondu məmurları şantaj etməklə məşğuldur.
Geri dön