Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Reportaj > Milli Məclis bu şəxslərə maaş VERƏCƏK

Milli Məclis bu şəxslərə maaş VERƏCƏK


16-09-2020, 14:47. Yazar: Xeberaz
Milli Məclis bu şəxslərə maaşVERƏCƏK

Milli Məclisin İntizam komissiyasının fəaliyyətinin təmin edilməsi qaydası müəyyənləşib.
"Xeberaz.Az" xəbər verir ki, komissiyanın yeni hazırlanan Əsasnaməsinə əsasən, İntizam komissiyasının hüquqi, təşkilati analitik informasiya üzrə kargüzarlıq və maddi-texniki təminatı Milli Məclisin Aparatı tərəfindən həyata keçirilir.
İntizam komisiyası rəylərin qəbul edilməsində, daxil olmuş materialların təhlilində və ümumiləşdirilməsində hüquqşünas ekspertlərin köməyindən istifadə edə bilər. Ekspertlər İntizam komissiyasında əməkhaqqı ödənilməklə və ya ictimai əsaslarla işləyə bilərlər. Əməkhaqqı ödənilməklə işləyən ekspertlərin əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir.
Geri dön