Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Hadisə / Səhiyyə > Azərbaycanda koronavirusa yoluxma sayı 100-dən aşağı düşdü - Ölənlər var

Azərbaycanda koronavirusa yoluxma sayı 100-dən aşağı düşdü - Ölənlər var


14-09-2020, 18:01. Yazar: Xeberaz
Azərbaycanda koronavirusa yoluxma sayı 100-dən aşağı düşdü- Ölənlər var

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 38 403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 860 nəfər müalicə olunaraq sağalıb, 564  nəfər vəfat edib, aktiv xəstə sayı 1 979 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 630, bu günə qədər isə ümumilikdə 1 013 108 test icra olunub.





Geri dön