Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Həftə-Reytinq > Yunan prezidentdən müharibə mesajı: Hazır olmalısınız

Yunan prezidentdən müharibə mesajı: Hazır olmalısınız


14-09-2020, 17:54. Yazar: Xeberaz



Sülh istəyirsinizsə, həmişə müharibəyə daha hazırlıqlı olmalısınız.
 "Xeberaz.Az" xəbər verir ki, bunu Yunanıstan Prezidenti Katerina Sakellaropoulou deyib.
“Yunan prezidentinin dinc səfəri heç vaxt təxribat sayılmaz. Həssas dövrlərdən keçirik. Afina dialoqun tərəfdarıdır. Fransandan 18 ədəd qırıcı almaq, donanmaya əlavə 4 yeni freqat gətirmək yunan hökumətinin qəbul etdiyi qərardır. Bu, sadəcə Türkiyəyə mesaj göndərmək üçün deyil. Əgər sülh istəyirsinizsə, həmişə müharibəyə daha hazırlıqlı olmalısınız”, - prezident bildirib.
Türkiyənin “Oruc Rəis” gəmisinin limana qayıtması ilə bağlı danışan Sakellaropoulou bölgədə gərginliyin azalması ilə bağlı nikbin olmadığını deyib:
“Afina Kipr və bütün Aralıq dənizində kiçik addımlarla hərəkət edəcək. Bölgədə təkcə Ankara ilə Afinanın deyil, AB və NATO-nun da sabitliyə ehtiyacı var”.
Geri dön