Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Aktual > Süleymaninin qisas əməliyyatı: Səfir öldürüləcək – Şok

Süleymaninin qisas əməliyyatı: Səfir öldürüləcək – Şok


14-09-2020, 13:22. Yazar: Xeberaz



İran hakimiyyəti İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının komandiri Qasım Süleymaninin qətlinə cavab olaraq ABŞ-ın Cənubi Afrikadakı səfiri Lana Marksa qarşı sui-qəsd təşkil etmək ehtimalını nəzərdən keçirir.
"Xəbəraz.Az" xəbər verir ki, bu iddia ilə ABŞ kəşfiyyat xidmətlərinin nümayəndələrinə istinadən “Politiko” qəzeti çıxış edib.
Məlumata əsasən, ABŞ kəşfiyyat xidməti bir neçə aydır səfirə təhdidlərin olduğundan xəbərdardır, lakin son həftələrdə hücumla bağlı məlumatlar daha da artıb. ABŞ rəsmilərinin bildirdiyinə görə, İranın Cənubi Afrikadakı səfirliyi də diplomatın öldürülməsi planlarında iştirak edə bilər.
Xatırladaq ki, bir müddət öncə İranın Ali dini lideri Əli Xamenei general Qasım Süleymaninin öldürülməsini unutmayacağını və amerikalılara cavab verəcəyini bildirib.

Geri dön