Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Qarabağdan xəbər var > Livan erməniləri Şuşada - Sens video

Livan erməniləri Şuşada - Sens video


11-09-2020, 09:05. Yazar: Xeberaz



Livan ermənilərinin daha bir ailəsi daimi yaşayış üçün işğal altında olan Dağlıq Qarabağa, Şuşaya köçüb.
"Xeberaz.Az"  xəbər verir ki, videoda Toni Hajarın üç nəfərdən ibarət olan ailəsinin Beyrutda baş verən güclü partlayışdan sonra işğal altında olan Dağlıq Qarabağda məskunlaşdığı deyilir. Toni Hajar – aşpazdır, Qarabağda "planlaşdırdığı kulinariya layihəsi" ilə məşğul olmaq istədiyini bildirib.
Xatırladaq ki, 26 avqust 2020-ci il tarixində Ermənistanın Diasporla İşlər üzrə Baş Komissarı ofisinin mətbuat xidməti Zare Sinanyan iki Livan erməni ailəsinin işğal olunmuş Şuşaya köçürülməsi barədə məlumat yaymışdı.
Bundan əvvəl Dağlıq Qarabağdakı separatçı rejimin liderləri müxtəlif şəhər və kəndlərdə Livandan 100-150 erməni ailəsini qəbul etməyə hazır olduqlarını bildirmişdilər.
“Azərkosmos” ASC-nin “Azersky” peyki vasitəsi ilə aparılan monitorinqlər nəticəsində də işğal olunmuş Kəlbəcər rayonunda qanunsuz mənzil tikintisi faktı təsdiqlənib.
Geri dön