Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Reportaj > Yeni icra başçısı müavinlərini işdən çıxartdı

Yeni icra başçısı müavinlərini işdən çıxartdı


11-09-2020, 08:31. Yazar: Xeberaz



Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov iki müavinini və köməkçisini vəzifəsindən azad edib.
"Xeberaz.Az" Unikal.org-a istinadən xəbər verir ki, Elmir Bağırovun əmri ilə Saatlı Rayon İcra Hakimiyyəti başçısının I müavini İlham Quliyev, müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova və başçının köməkçisi Mirzəağa Hümbətov işdən çıxarılıb.
Onların yerinə hələlik təyinat yoxdur.
Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Geri dön