Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / İdman / M2 > Azərbaycan Premyer Liqası: 2 oyunun hakimləri bilindi

Azərbaycan Premyer Liqası: 2 oyunun hakimləri bilindi


11-09-2020, 08:07. Yazar: Xeberaz
Azərbaycan Premyer Liqası: 2 oyunun hakimləri bilindi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci turun ilk iki oyunu üçün təyinatlar açıqlanıb.
"Xeberaz.Az"  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 11-də baş tutacaq “Neftçi” – “Sumqayıt” və “Keşlə” – “Qarabağ” qarşılaşmasının hakimləri artıq məlumdur.
8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Sumqayıt” oyununu Rəvan Həmzəzadə idarə edəcək. Çempion “Qarabağ”ın “ASK Arena”da bürünc mükafatçı “Keşlə” ilə duelində isə Səbuhi Bayramov ədaləti qoruyacaq.
Azərbaycan Premyer Liqası
2-ci tur
11 sentyabr
Neftçi – Sumqayıt
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. 8-ci km stadionu. Saat 19:00.
Keşlə – Qarabağ
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Hakim-inspektor: Ceyhun Haşımov.
Bakı. “ASK Arena”. Saat 21:00.
Geri dön