Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Dünya / Səhiyyə > Bu 12 analizi ildə bir dəfə verməlisiniz - Siyahı

Bu 12 analizi ildə bir dəfə verməlisiniz - Siyahı


11-09-2020, 04:13. Yazar: Xeberaz



Xəstəlikləri vaxtında aşkarlamaq, sağlamlığı qorumaq üçün bu analizləri ildə 1-2 dəfə verməyiniz mütləqdir.
"Xeberaz.Az" Medicina.az-a istinadən ən vacib analizləri təqdim edir:
- Ürək-damar sisteminin xəstəliklərini diaqnoz etmək üçün qanın biokimyəvi və ümumi analizi ildə 2 dəfə, hər 6 aydan bir verilməlidir.
- Eləcə də lipid və qanda xolesterin analizi də ürək-damar üçün vacibdir.
- Qaraciyər xəstəlikləri üçün ALT və AST analizləri verilməlidir.
- Tromb yaranmasına şübhə varsa, koaquloqramma analizi mütləqdir. Qanın laxtalanmasını təyin edir.
- Şəkərli diabet və gizli şəkər də qəfil gəlir. Amma öncədən bilmək olar. Bunun üçün ildə 2 dəfə qanda qlükoza-aclıq və toxluq, insulin dirənci analizi verilir.
- Nəcisdə gizli qan analizi – bağırsaq xoraları, xərçəngi, mədə-bağırsaq xəstəlikləri üçün verilir.
- Qadınlar uşaqlıq yolu xərçənginə qarşı ildə 1 dəfə uşaqlıq boynunun yaxma analizi – ildə 1 dəfə
- Leykoz üçün – qanın ümumi analizi
- Hormonal disbalansı yoxlamaq üçün qalxanvari vəz hormonlarının analizi. Xüsusən qadınlar ildə 2 dəfə
- Sidiyin ümumi analizi – sidik sistemi infeksiyaları üçün. İldə 2 dəfə
- Hepatit geniş yayıldığı üçün – ildə bir neçə dəfə qanda hepatit analizləri. Xüsusən əməliyyat, diş müalicəsi, şübhəli ötəri intim əlaqədən 3-5 ay sonra mütləq verilməlidir
- Kişilər 40 yaşdan sonra qanda PSA analizi – prostat vəzidə şiş diaqnozu üçün.



Geri dön