Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə > Salyanda FACİƏ: Ev sahibi yanaraq öldü

Salyanda FACİƏ: Ev sahibi yanaraq öldü


10-09-2020, 19:42. Yazar: Xeberaz
Salyanda FACİƏ:Ev sahibi yanaraq öldü


Salyan rayonunda ümumi sahəsi 136 m² olan, tikintisi başa çatmayan birmərtəbəli evin 1 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən   verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1965-ci il təvəllüdlü Cəfərov Firudin Cəfərağa oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Geri dön