Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Aktual > Ermənilər əndişəyə düşdü, Şeyxə qarşı kampaniya başladı

Ermənilər əndişəyə düşdü, Şeyxə qarşı kampaniya başladı


10-09-2020, 08:28. Yazar: Xeberaz



Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi və qeydə alınması erməniləri əndişəyə salıb.
"Xeberaz.Az" xəbər verir ki, erməni mediası buna qarşı artıq eybəcər kampaniyaya başlayıb. Onlar Şeyxi “antierməni”, “millətçi”, hətta heç bir əxlaqa sığmadan “narkobaron” adlandıraraq, A.Paşazadənin adının guya “qanunsuz işlərdə hallandığını” bildirir, misal kimi isə Qafqazın şeyxinə qarşı vaxtilə tirajladıqları həqiqətdənkənar, böhtan yığınlarını gündəmə gətirirlər.
Qeyd edək ki, Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə dəfələrlə həm Qarabağ münaqişəsinin həllində, eyni zamanda regional gərginliklər zamanı ağsaqqallığı, sülhpərvər niyyətli çağırışları, eyni zamanda bu istiqamətdə fəaliyyəti ilə hər zaman seçilib. Müqayisə üçün deyək ki, ermənilərin “dənizdən dənizə” ideologiyasının və türk düşmənçiliyinin mənbəyi və təbliğatçısı kilsədir. Erməni kilsəsi hər zaman savaş və terrorizmin körükçüsü, təşkilatçısı və dəstəkçisi kimi çıxış edib.
Geri dön