Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Xaçmazda məmur oğlu qəza törətdi: ölən var

Xaçmazda məmur oğlu qəza törətdi: ölən var


6-09-2020, 12:27. Yazar: Xeberaz


Xaçmazda avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb.
"Xeberaz.Az" Report-a istinadla xəbər verir ki, hadisə Xaçmaz-Xudat yolunun rayonun Çinartala kəndindən keçən hissəsində qeydə alınıb.
Xaçmazın Palçıqoba kənd sakini, 1993-cü il təvvəllüdlü Səlim Natiq oğlu Alışov yolu keçmək istəyərkən onu "Mersedes" markalı avtomobil vurub. S.Alışov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ona açıq kəllə-beyin travması, sağ baldır sümüyünün açıq yarası diaqnozları qoyulub. Yaralıya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Şahidlərin sözlərinə görə, hadisəni törədən "Mercedes" markalı avtomobilin sürücüsü 3 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Vüqar Məmmədovun oğlu Firuz Məmmədovdur.
Faktla bağlı araşdırma aparılır.
Geri dön