Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Dünya / Maraqlı / Araşdırma > Ayın səthi paslanır – Alimlər açıqladı

Ayın səthi paslanır – Alimlər açıqladı


6-09-2020, 12:07. Yazar: Xeberaz



Hindistan alimləri Ayda yalnız oksigen və suyun iştirakı ilə əmələ gələn hematit yığını aşkarlayıb.
"Xeberaz.Az" xəbər verir ki, alimlər bunun pasa bənzər mineral yığını olduğuna dair mümkün variantları nəzərdən keçirirlər.
Onların bildirdiyinə görə, hematit Yerdə, Marsda və bəzi asteroidlərdə yayılmış dəmir tərkibli süxurların ümumi oksidləşmə məhsuludur. Marsa rəng verən də məhz bu dəmir oksidlərdir. Lakin oksigen və suyun olmadığı Ayda nəzəri olaraq hematit olmamalıdır.
Alimlər belə qənaətə gəliblər ki, Ayın səthi güclü maddə hesab edilən Günəş küləyinin hissəcikləri tərəfindən davamlı təsirə məruz qalır və paslar da bunun nəticəsində yaranır.
Kult.az



Geri dön