Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Reportaj > Ramiz Mehdiyevin kürəkəni azadlığa çıxdı - VİDEO

Ramiz Mehdiyevin kürəkəni azadlığa çıxdı - VİDEO


6-09-2020, 11:38. Yazar: Xeberaz
Ramiz Mehdiyevin kürəkəni azadlığa çıxdı -VİDEO

Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və  qudası Rövşən Mustafayev bu gün azadlığa çıxır.
"Xeberaz.Az" xəbər verir ki, avqust ayının 22-sı həbs olunan qudaların bu gün 15 sutkalıq inzibati cəzası başa çatıb. Adıçəkilən şəxslər Abşeron Rayon Məhkəməsinin qərarı ilə  İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə cəzalandırılmışdılar.




Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev 18 avqustda karantin qaydalarını pozaraq Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy etmişdi.




Geri dön