Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə > Polis Zirədə əməliyyat keçirdi: Həbs olunan var

Polis Zirədə əməliyyat keçirdi: Həbs olunan var


5-09-2020, 14:03. Yazar: Xeberaz

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xəzər rayonu ərazisində Zirə qəsəbə sakini İ.Hüseynov saxlanılıb.
"Xeberaz.Az"xəbər verir ki, şəxsi axtarış zamanı ondan metamfetamin və 10 ədəd metadon həbi aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı isə əlavə 4 kiloqram 550 qram marixuana, 212 qramdan artıq heroin, 240 qramdan çox tiryək və daha 500 metadon həbi götürülüb.
Geri dön