Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm > Temperatur enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Temperatur enəcək, leysan olacaq - XƏBƏRDARLIQ


4-09-2020, 01:32. Yazar: Xeberaz
Temperatur enəcək, leysan olacaq -XƏBƏRDARLIQ


Sentyabrın 4-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.


Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Geri dön