Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Araşdırma > Şok: Mehdiyevə görə radikal müxalifət hərəkətə keçdi - Video

Şok: Mehdiyevə görə radikal müxalifət hərəkətə keçdi - Video


2-09-2020, 17:07. Yazar: Xeberaz



Bu günlərdə Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin qonağı olan ADP-nin sədri Sərdar Cəlaloğlu EA-nin prezidenti Ramiz Mehdiyevi sərt tənqid etdi. Müsahib açıqlamasında Ramiz Mehdiyevin buraxdığı siyasi nöqsanlardan, radikal müxalifətlə gizli işbirliyindən danışdı.
"Xeberaz.Az" xəbər verir ki, bu verilişdən dərhal sonra sosial şəbəkələrdə Speys TV-yə qarşı geniş kampaniyaya start verilib. Bu proseslərin arxasında isə, nə qədər qəribə də olsa, radikal müxalifət təmsilçiləri dayanır.
Bu gün isə Avropada yaşayan Natiq Adilov daha açıq şəkildə Speys TV-ni, daha konkret desək, “Sadə həqiqətlər” verilişini hədəfə alaraq, kanalın ünvanına təhqirlər yağdırıb. Bu günə qədər heç vaxt Speys TV-ni hədəfə almayan radikal müxalifətin Ramiz Mehdiyevin bu kanalda tənqid olunmasından sonra səs-küy salmaları isə ciddi suallar doğurur.
Geri dön